Astronavt: Tələbələrin kosmosla bağlı biliklərinin artırılması çox əhəmiyyətlidir

Astronavt: Tələbələrin kosmosla bağlı biliklərinin artırılması çox əhəmiyyətlidir Busözləri dekabrın 11-də ölkəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ADA Universitetinin tələbələri ilə görüşdə deyib.
ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanda astronomiyanın inkişafı barədə söhbət açaraq, təşkil edilən mühazirənin tələbələr üçün əhəmiyyətli olduğunu qeyd edib.
Bildirib ki, Azərbaycanda bu sahəyə maraq böyükdür və gənclərimiz astronomiya sahəsində əlavə bilgilərə yiyələnməyə həvəslidirlər.
NASA-nın qadın astronavtı Haydemari Payper öz fəaliyyəti barədə məlumat verib, kosmosa səfərləri haqqında danışıb, təcrübəsini bölüşüb.
Bildirib ki, hazırda bu sahədə kadr çatışmazlığı var. Bu problemi aradan qaldırmaq üçün tələbələrlə söhbət aparmaq, onların suallarını cavablandırmaq çox vacibdir.
H.Payper qeyd edib ki, o, iki dəfə kosmosda olub və bu, çox möhtəşəm bir hissdir: “Kosmonavtika həyat üçün təhlükəli olsa da, olduqca maraqlı peşədir”.
Astronavtın sözlərinə görə, ABŞ-da gender bərabərliyinə üstünlük verilir. Artıq NASA agentliyi 12 astronavt seçib, onların arasında qadınlar da var. Kosmik agentlikdə qadın astronavtların sayı azdır. Buna əsas səbəb NASA-nın xüsusi şərtləridir. Bu sahədə texniki təhsil önəmlidir.
Fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edən amerikalı astronavt təxminən 33 saat açıq kosmosda olduqlarını bu müddətdə eksperimentlər aparıldığını diqqətə çatdırıb, fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.

Hüseyin Şərifov

Astronavt: Tələbələrin kosmosla bağlı biliklərinin artırılması çox əhəmiyyətlidir

Oxşar xəbərlər