
Tehsil-press.az xarici mediaya istinadən xəbər verir ki, NASA mütəxəssisləri 2023-cü ildə qiymətli mədənlərin aşkarlandığı asteroidə səfər edəcək.
Yupiter planetiin yaxınlığında yerləşən nəhəng asteroid qovşağı Yer kürəsininin iqtisadiyyatını 137 dəfə gücləndirmək gücündədir. Belə ki, hazırda planetin bütün iqtisadi potensialı 73,7 trilyon dollardır. Lakin əksi də baş verə bilər. Çünki həmin asteroiddəki zəngin ehtiyatlar Yer kürəsinə gətirilsə, o zaman bütün dövlətlərə aid olan, mədənlər, sənaye qurumlarının dəyəri ciddi surətdə aşağı düşə bilər. Bu isə onları çökdürməklə yanaşı, beynəlxalq iqtisadi böhrana səbəb olar. Yalnız iqtisadiyyatına trilyonlar daxil olan ABŞ həddindən artıq zəngin dövlətə çevrilər.
Tehsil-press.az