Avropa İttifaqının Azərbaycandakı səfirinin 100 yaşlı nənəsi qadınlarımız barədə nə deyib?

Avropa İttifaqının Azərbaycandakı səfirinin 100 yaşlı nənəsi qadınlarımız barədə nə deyib? Bu gün "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.

Tehsil-press.az xəbər verir ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüsyenova komitənin qadın hüquqları sahəsində gördüyü işlərdən və bu sahədə irəliləyişlərdən danışıb:
"Bir müddət əvvəl qadın problemləri ilə məşğul olan təşkilatlar çox az idi. İndi isə onların sayı 200-ə çatıb. Bu da onu göstərir ki, ölkədə həmin sahəyə diqqət artıb. Həmişə dövlətin keçirdiyi sosial yönümlü layihələrdə gender problemi ön sırada yer tutub. Qadınların səlahiyyətlərinin artırılmasında bir istiqamət də onların biznes fəaliyyətinə cəlb olunmasıdır. Müşahidələr göstərir ki, qadınların biznesdə fəal olduğu ölkələr bphran dövrünü daha sakit keçirir".
Komitə sədrinin sözlərinə görə, rayonlarda aparılan araşdırmalardan sonra məlum olub ki, qadınlar özləri də biznes fəaliyyətinə qoşulmaqda maraqlıdırlar:
"Rayonlarda kifayət qədər bacarıqlı qadınlar var. Biz çalışmalıyıq ki, daxili resurslar hesabına bu cür layihələr həyata keçirək. Hər dəfə beynəlxalq təşkilatlardan kömək istəməyək. Onu da qeyd edim ki, son vaxtlar biznes fəaliyyəti üçün müraciət edən qadınların sayı ailə problemlərinə görə müraciət edənlərin sayı ilə müqayisədə artıb".
Daha sonra söz Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Marda verilib. O, mülki cəmiyyət qarşısında qadınlara bərabər imkanların yaradılması vəzifəsindən danışıb və bu məsələnin Avropa İttifaqında da əhəmiyyətindən söz açıb:
"Rayon və kəndlərdə qadınların hər sahədə bərabər iştirakı təmin edilməlidir. Mən dünən nənəmlə danışdım, onun 100 yaşı var və İsveçdə yaşayır. Bu layihə haqqında söz açdım və o mənə belə dedi: "Orada iştirak edənlərə de ki, qadınların özünü müdafiə etməsi vacibdir. Əgər buna nail olsalar, onda ailə də güclü olacaq, dövlət də". Biz qadınların özünü müdafiə etməyini təmin etməliyik".
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai isə çıxışında bildirib ki, dəyişikliyə nail olmaq üçün münasibətləri dəyişmək lazımdır: "25 illik təcrübəm belə düşünməyə əsas verir. Gərək münasibətıər dəuoşsin. O baxımdan mən burada iştirak edən kişilərə minnətdarlığımı bildirirəm".


Tehsil-press.az

Oxşar xəbərlər