
Məlumata əsasən, əsirlərin mübadiləsi Qorlovka qəsəbəsi yaxınlığında həyata keçirilib. 233 separatçı ilə 73 ukraynalı dəyişdirilib. Azad edilənlərdən 41-i mülki vətəndaş, 32-i isə hərbçidir.
Prezident Petro Poroşenko azad edilmiş əsirlərlə birgə Xarkova yollanıb. Daha sonra isə onlar təyyarə ilə Kiyevin “Borispol” hava limanına gəliblər. Burada əsirləri yaxınları və digər vətəndaşlar qarşılayıb.



Tehsil-press.az