Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı artıb 2018-ci ilin yanvarında Gürcüstana gələn azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,8 faiz artıb.
Bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib.
O bildirib ki, Gürcüstana daha çox Azərbaycan vətəndaşları səfər edir.
Ümumilikdə bu ilin yanvar ayında Gürcüstana 444,2 min əcnəbi gəlib. Bir il ərzində bu göstərici 14,8 faiz artıb.

Tehsil-press.az

Oxşar xəbərlər