Yaşıllıqlar uşaqların beyninin inkişafına müsbət təsir göstərir

Yaşıllıqlar uşaqların beyninin inkişafına müsbət təsir göstərir Barselonada aparılan yeni tədqiqatlar göstərir ki, yaşıllıqlar uşaqların beyninin inkişafına müsbət təsir edir. Yaşıllıqlar sayəsində onlarda diqqət və işçi yaddaş yaxşılaşır.
Tədqiqatda 253 məktəbli iştirak edib. Onlara maqnit-rezonans tomoqrafiyası edilib. Uşaqları, həmçinin diqqət və işçi yaddaşın yoxlanılması məqsədilə kompüter testindən keçiriblər. Müşahidə olunub ki, yaşıllıqlar əhatəsində yerləşən evlərdə yaşayan ibtidai sinif şagirdlərində beynin müəyyən hissələrində ağ və boz maddələr çoxdur.
Bu xüsusiyyətlərin inkişaf etmiş koqnitiv funksiyalara (yaddaş, diqqət, əsaslandırma, iradə, inam) aidiyyəti var idi. Yaşıllıqlar əhatəsində yaşayan uşaqlarda ağ və boz maddələrin həcminin maksimal artması onlarda işçi yaddaşın və diqqətsizlik dərəcəsinin azalması ilə bağlı idi.
Mütəxəssislərin sözlərinə görə, yaşıllıqlar psixika üçün faydalıdır. Onlar kreativliyin və təhqiqat fəaliyyətinin inkişafını stimullaşdırır. Həmçinin yaşıllıq çox olan ərazilərdə havanın çirklənməsi və səs-küy daha aşağı səviyyədədir ki, bu da bilavasitə uşaqların beyninə təsir edir.

Kəmalə Rəhimli

Oxşar xəbərlər