Donald Tusk Prezident İlham Əliyevə başsağlığı verib

Donald Tusk Prezident İlham Əliyevə başsağlığı verib Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: "Möhtərəm cənab Prezident. Martın 2-də Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi yanğın hadisəsi haqqında xəbər məni dərindən kədərləndirdi.
Avropa İttifaqı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Tehsil-press.az

Oxşar xəbərlər