“Cəhənnəm yoxdur!” - Roma Papası

“Cəhənnəm yoxdur!” - Roma Papası İtaliya qazeti “La Repubblica”da Roma Papasının “cəhənnəm yoxdur” dediyi iddia edilib.
Bu məlumatı ateist jurnalist Eudcenio Skalfari yayıb. O, papanın müsahibə zamanı bunları dediyini bildirib:
“Tanrı tövbə edənləri bağışlayır. Tövbə etməyənlər isə əfv olunmayacaq ,onlar sadəcə məhv olacaqlar. Cəhənnəm yoxdur. Günahkar ruhların yox olması vardır”.
Qeyd edək ki, bu məlumatın dərc olunmasından sonra Vatikan bəyanatla çıxış edib. Məlum olub ki, Roma Papası müsahibəyə razılıq verməyib və bu yazılanlar da ona məxsus deyil.

Tehsil-press.az

Oxşar xəbərlər