Hədəf STEM Liseyi: imtahan ödənişsiz olacaq

Hədəf STEM Liseyi: imtahan ödənişsiz olacaq Hədəf STEM Liseyi növbəti tədris ilində bu təhsil müəssisəsində oxumaq istəyən şagirdlər arasında güzəşt imtahanı keçirir.
Güzəşt imtahanı keçirməkdə məqsəd şagirdlərin bilik və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə 18 şagirdə güzəştli təhsil imkanı yaratmaqdır. Qaydalara əsasən, güzəşt imtahanının 10 AZN olmasına baxmayaraq, lisey rəhbərliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bütün siniflər üzrə ödənişi ləğv edir.
Hazırda 4-9-cu siniflərdə təhsil alan şagirdlər üçün keçirilən güzəşt imtahanının sualları hər sinfin proqramına uyğun olaraq oxuyub-anlama (10 sual), riyaziyyat (20 sual), dünyagörüş (5) və məntiq (5) mövzularından seçilir. Hər sinif üzrə birinci yeri tutan şagirdlər təhsil haqqından 50 faiz, ikinci yeri tutan şagirdlər 30 faiz, üçüncü yeri tutan şagirdlər 20 faiz güzəşt əldə edirlər. Ümumilikdə 18 nəfər xüsusi güzəşt əldə edir və hər güzəşt təhsil pilləsinin sonuna qədər qüvvədə qalır.
Rus bölməsi hazırda 4-cü sinifdə oxuyan şagirdlər üçün olacaq.
Güzəşt imtahanın şərtlərinə əsasən, birinci yer üçün 35, ikinci yer üçün 30, üçüncü yer üçün 25-dən yuxarı bal toplanılmalıdır. Səhv cavablar düz cavabları aparmır.
Qeyd edək ki, bütün suallar doğru cavablandırıldığı halda şagird maksimum 40 bal toplaya bilər.
İmtahan kuponu almaq üçün liseyə və ya “Hədəf Kursları”nın istənilən filialına müraciət etmək olar. Məlumat üçün hedefliseyi.edu.az saytına baxmaq, yaxud *2018 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər