TANAP-ın açılışının dəqiq vaxtı məlum oldu

TANAP-ın açılışının dəqiq vaxtı məlum oldu Transanadolu boru kəmərinin (TANAP) istismara verilməsi mərasimi iyunun 19-da Türkiyədə keçiriləcək.
Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.
O bildirib ki, Türkiyədə iyunun 24-də növbədənkənar seçkilərin keçirilməsi açılış mərasiminin vaxtının dəyişdirilməsinə səbəb olub:
"Azərbaycandan Türkiyəyə TANAP vasitəsilə ilk qaz tədarükü iyulun ilk həftəsinə planlaşdırılırdı. Lakin ötən həftə Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə boru kəmərinin açılışının iyunun 19-da keçirilməsi barədə qərar qəbul olundu".

Tehsil-press.az


Oxşar xəbərlər