“SOCAR-AQŞ”nin nümayəndələri tələbələrlə təcrübələrini bölüşüblər

“SOCAR-AQŞ”nin nümayəndələri tələbələrlə təcrübələrini bölüşüblər Mayın 2-də “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III kurs tələbələri ilə görüşüblər.
Görüşdə “SOCAR-AQŞ”nin fəaliyyət istiqamətləri, şöbələr, yay təcrübə proqramı, həmçinin vakansiyalar haqqında videotəqdimat nümayiş olunub. Sonra tələbələr “SOCAR-AQŞ”də ödənişli yay təcrübə proqramı haqqında məlumatlandırılıblar. ADNSU-nun “SOCAR-AQŞ”də işləyən tələbələri və məzunları tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.
“SOCAR-AQŞ”nin yeni texnologiyalar və texniki limit şöbəsinin müdiri Nazim Rəhimov təmsil olunduğu qurumun reallaşdırdığı layihələr haqqında tələbələrə məlumat verib. Tədbirdə tələbələrin sualları cavablandırılıb.

Hikmət Əliyev

Oxşar xəbərlər