“SOCAR Polymer” şirkətinin nümayəndələri tələbələrlə görüşüblər

“SOCAR Polymer” şirkətinin nümayəndələri tələbələrlə görüşüblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR Polymer” şirkətinin nümayəndələri ilə tələbələrin görüşü olub.
Görüşdə şirkətin fəaliyyəti və görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.
Sonra şirkətin nümayəndələri 2017-ci il “Yay təcrübəsi proqramı”nı təqdim ediblər.
“SOCAR Polymer”in mütəxəssisi Afaq İsmayılova “Yay təcrübə proqramı”nın qəbul qaydaları, seçim turları, tələbələrin biliklərinin yoxlanması üçün təşkil olunan imtahanlar və tələb olunan keyfiyyətlər haqqında təqdimatla çıxış edib. Bildirilib ki, iyunun ortalarından başlayacaq yay proqramı layihəsi ötən ildən fərqli olaraq 12 həftə davam edəcək. Təcrübə proqramına Azərbaycan vətəndaşı olan üçüncü və dördüncü kurs tələbələri və məzunlar müraciət edə bilərlər. Təcrübə yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq, tələbələr bir sıra test tapşırıqlarından və imtahanlardan keçəcək, layihəni uğurla bitirən tələbələrə sertifikatlar veriləcək.
Sonda şirkətin əməkdaşları tələbələrin suallarını cavablandırıblar.

ADNSU-nun Mətbuat Xidməti


“SOCAR Polymer” şirkətinin nümayəndələri tələbələrlə görüşüblər

Oxşar xəbərlər