Tələbələr SOCAR Fuqro MMC-də yay təcrübəsində iştirak üçün imtahan veriblər

Tələbələr SOCAR Fuqro MMC-də yay təcrübəsində  iştirak üçün imtahan veriblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci və ikinci məzun və karyera sərgisində SOCAR Fuqro MMC tərəfindən seçilən tələbələrin imtahanı keçirilib.
Bu ali məktəbin Məzun və Karyera Mərkəzi ilə SOCAR Fuqro MMC-nin birgə təşkil etdiyi yay təcrübəsində iştirak üçün ümumilikdə 127 tələbə imtahan verib. Onlar 90 dəqiqə davam edən imtahanda ingilis dili, məntiq və ixtisas üzrə sualları cavablandırıblar.
İmtahan mərhələsindən uğurla keçən tələbələr daha sonra müsahibədə iştirak edəcəklər. Bütün mərhələlərdən müvəffəqiyyətlə keçən doqquz tələbə SOCAR Fuqro MMC-də yay təcrübə proqramında iştirak hüququ qazanacaq.

ADNSU-nun Mətbuat Xidməti


Tələbələr SOCAR Fuqro MMC-də yay təcrübəsində  iştirak üçün imtahan veriblər

Tələbələr SOCAR Fuqro MMC-də yay təcrübəsində  iştirak üçün imtahan veriblər

Oxşar xəbərlər