Ermənistanda Müdafiə Nazirliyinə məxsus “Ural” markalı hərbi yük maşını aşıb. Ararat vilayətində baş verən qəzada 5 hərbçi xəsarət alıb. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, əsgərlər nazirliyin Mərkəzi hərbi klinik hospitalında müalicə olunacaqlar.