Ermənistanda hərbi maşın aşdı, 11 hərbçi yaralandı

Ermənistanda hərbi maşın aşdı, 11 hərbçi yaralandı “QAZ-66” Sünik vilayətində qəzaya uğrayıb.

Ermənistanda hərbi maşın aşıb, 11 hərbçi xəsarət alıb. Tehsil-press.az-ın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Ermənistanın Sünik vilayətində, Karmrakar kəndində “QAZ-66” markalı hərbi yük avtomobilinin iştirakı ilə qəza baş verib.
Qəza nəticəsində hərbi maşın aşıb. Maşının içərisi hərbçilərlə dolu olduğundan, onlardan on biri yaralanıb. Yaralılar Kapandakı tibb mərkəzinə aparılıb.
Xəstəxanadan hərbçilər üçün həyati təhlükənin olmadığı bildirilib.Ola bilsin ki, bu gün onların hamısı evə buraxıldı.


Tehsil-press.az

Oxşar xəbərlər