
Təhsil-press.az xəbər verir ki, Yerevan - Erasxavan yolunun 27-ci kilometrliyində 4 avtomobil toqquşub. Məlumata əsasən, qəzadan dərhal sonra "Toyota Land Cruiser" markalı avtomobilin nömrəsi çıxarılıb. Məlum olub ki, bu, Ararat vilayətinin qubernatoru Aramis Qrioqryanın avtomobilidir. O, işə gedərkən qəzaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Təhsil-press.az