ADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilib

ADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilib İyulun 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirən rektor deyib: “Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq. Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin əməkdaşlarının birgə əməyinin məhsulu olan bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.
Bildirilib ki, ilk dəfə oxuculara təqdim edilən “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, ölkəmizdə tərcümə tarixinin mühüm məqamları, nəzəri-təcrübi məsələləri əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir, elmi işlər üçün son dərəcə ciddi, həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir. Vurğulanıb ki, bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Kitabın elmi və tədris baxımından əhəmiyyətindən danışan İ.Həbibbəyli qeyd edib ki, bu əsər həm də Azərbaycan ensiklopediya yaradıcılığında yenilikdir.
Akademik Möhsün Nağısoylu, akademik Muxtar İmanov, professor Cəlil Nağıyev, professor Adil Babayev, professor Aydın Ələkbərov, Rövşən Əliyev, Bənövşə Məmmədova, Leyla Əliyeva, Etibar Əliyev, Yusif Savalan, tələbə və magistrlar təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.
Qeyd edək ki, kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. Rəyçilər filologiya elmləri doktorları, professorlar Cəlil Nağıyev, Aydın Ələkbərov və Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilibADU-da “Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilib

Oxşar xəbərlər