Müasir Azərbaycan nəsri Gürcüstanda çap olundu

Müasir Azərbaycan nəsri Gürcüstanda çap olundu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.
XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.
Gürcüstanın "İntellekti" nəştiyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.
Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tiflisdə keçiriləcəyi gözlənilir.

Tərcümə Mərkzəi

Oxşar xəbərlər