Sentyabr ayında hava şəraitinin normaya yaxın olacağı gözlənilir

Sentyabr ayında hava şəraitinin normaya yaxın olacağı gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabr ayına olan hava proqnozunu açıqlayıb.
Gələn ay havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Sentyabrın birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, mülayim şimal-şərq küləyinin üstünlük təşkil edəcəyi proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33 dərəcə isti) olacağı gözlənilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının 12-23 mm olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, ayın sonunda 10-13, gündüzlər 25-30, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının 7-13 mm olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 10-15, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı proqnozlaşdırılır ki, bu da aylıq normaya yaxındır.
Aylıq yağıntının miqdarının 34-50 mm olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 32-24 dərəcə isti) olacağı bildirilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının 17-44 mm olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti (gecələr 14-19, ayın sonunda 5-10, gündüzlər 20-25, bəzi günlərdə 28-31dərəcə isti) olacağı proqnozlaşdırılır ki, bu da aylıq normaya yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının 33-120 mm olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da normaya yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının 14-38 mm olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, dağlarda 8-13, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə isti) olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 50-199 mm) olacağı proqnozlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər