Təhsil naziri: Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetiriləcək

Təhsil naziri: Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetiriləcək “Şagirdin əsas işi məktəbə getmək, dərs oxumaqdır. Düşünürəm ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetirəcək”.
Bunu təhsil naziri Ceyhun Bayramov sentyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məktəb rəhbərliyi və sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər. C.Bayramov deyib: “Hesab edirik ki, bu ismarıclar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştiraklarında maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.

Mətbuat Xidməti

Oxşar xəbərlər