"İki kapitan bir gəmini batırar” - Binəli Yıldırım

Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasının (AKP) 18 maddəlik konstitusiya dəyişikliyi təklifi paketinin müzakirəsinə başlanılıb.

Tehsil-press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müzakirələrin iki həftə davam etməsi gözlənilir.
Müzakirələrdə söz alaraq fikrini söyləyən Baş Nazir Binəli Yıldırım “İki kapitan bir gəmini batırar” bənzətməsindən istifadə edib.
“CHP parlament sistemini, biz isə prezident sistemini müdafiə edirik. Burada fərqli düşünmək olduqca təbiidir. Amma qərarı verəcək olan işin sahibidir, millətdir. Parlament millət iradəsi ilə seçilib, prezident də yenə millət iradəsi ilə seçilib. Bu ikili struktur davamlı deyil”-deyə bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər