“Türkiyə şantaja boyun əyməyəcək” - Yıldırım

“Türkiyə şantaja boyun əyməyəcək” - Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım “Posta” qəzetinə müsahibə verib.
TBMM rəhbəri ABŞ-Türkiyə münasibətlərini şərh edib. O, Amerikanın təhdid, təzyiq və zor gücünə Türkiyəyə heç nə qəbul etdirə bilməyəcəyini bildirib:
“Amerika hüquq dövlətidirsə, Türkiyə də hüquqi dövlətdir. ABŞ səhv yoldan gedir. Amerika şantajla Türkiyəyə iş gördürə bilməz. Bunu bilməlidir. Təhdidlə, şantajla yola gətirmə bu millətə aid deyil. Bunun bizə bir bədəli olacaq, amma böyük dövlət olmağın, böyük mədəniyyətin varisi olmağın avantajının da bir bədəli olmalıdır. Bizi bölgədəki bəzi dövlətlərin yerinə qoymaq və bizdən onların davranışını gözləmək böyük səhvdir”.

Tehsil-press.az


Oxşar xəbərlər