
Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar oktyabrın 9-dək ad, soyad, ata adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) və ya 142-Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Tehsil-press.az