
Bir neçə gün əvvəl 25 yaşı tamam olduğu üçün Yasamal "ASAN xidmət" mərkəzinə müraciət edərək şəxsiyyət vəsiqəsini dəyişmək istəyib. Vətəndaş 3 gün sonra vəsiqəsini alan zaman ona yeni nəsil yox, ənənəvi şəxsiyyət vəsiqəsini təqdim ediblər və 3 günə yeni nəsil vəsiqələrin hazır olmadığı qeyd edilib.
ASAN xidmətdən məsələylə bağlı “Qafqazinfo”ya bildirilib ki, hazırda yeni nəsil şəxsiyyət vəsiqələri test rejimində verildiyi üçün 1 və ya 3 gün müddətində almaq mümkün deyil. Bu səbəbdən həmin şəxslərə köhnə vəsiqələr verilir.
Qeyd edək ki, 15 yaşı tamam olmuş vətəndaşlar 10 gün müddətində 5 AZN, 3 gün müddətində 25, 1 gün müddətində isə 35 AZN ödəyərək şəxsiyyət vəsiqələrinə sahib ola bilər.
15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün müddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir".
TEHSIL-PRESS.AZ