Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb.
Noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər.
Noyabrın 10-da saat 19 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.
Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən C.Kərimovdan “TOZ” markalı, E.Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər