
Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır”, - Dövlət Komitəsindən vurğulanıb. Qeyd edək ki, gənc qadının kimliyi məlum deyil.
Tehsil-press.az