
Tehsil-press.az sözügedən müzakirələrlə bağlı A. Naxçıvanlı ilə əlaqə saxlayıb. Deputat bildirib ki, onun çıxışının sosial şəbəkəyə və başqa heç kimə aidiyyatı yoxdur: “Məsələ bağlandı. İclas komitəmizin qapalı iclası idi. Bununla bağlı növbəti tədbirimiz olacaq. İndi isə heç bir müsahibə verəsi deyiləm”.
Xatırladaq ki, xanım deputat çıxışında məsələyə belə yanaşmışdı: “Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”.
Tehsil-press.az