Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı Həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ildə 529, 2015-ci ildə 430, 2016-cı ildə 450 uşaq təhsilə cəlb edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub.
P.Əliyev deyib ki, qaraçı uşaqların da böyük əskəriyyəti təhsildən kənarda qalır.
Qeyd edək ki, 2016-cı ildə polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq aşkarlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər