Dövlət Komitəsi: 10 yaşlı Nurayın mənafeyinin müdafiəsi üçün bütün addımlar atılacaq

Dövlət Komitəsi: 10 yaşlı Nurayın mənafeyinin müdafiəsi üçün bütün addımlar atılacaq Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiya 10 yaşlı Nuray Bayramzadənin mənafeyinin müdafiə edilməsi üçün zəruri olan bütün tədbirləri həyata keçirəcək.

Bunu Tehsil-press.az-a açıqlamasında İşçi Komissiyanın üzvü - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
A.Sofiyeva bildirib ki, İşçi Komissiyanın üzvləri baş vermiş hadisə ilə bağlı araşdırmalar aparmaq üçün sabah Quba rayonuna yol düşəcəklər. Onun sözlərinə görə, Quba Rayon Məhkəməsində baş vermiş hadisənin yerində araşdırılıması məqsədilə 10 yaşlı Nuray Bayramzadə və ailə üzvləri ilə görüşəcəklər.
A.Sofiyeva qeyd edib ki, İşçi Komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının nümayəndələri - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları təmsil olunurlar.
Komitənin sədr müavini bildirib ki, aparılan araşdırmalardan sonra Komissiyanın ilkin məlumatı sabah günün sonunda açıqlanacaq. A.Sofiyeva həmçinin vurğulayıb ki, 10 yaşlı Nuray Bayramzadənin mənafeyinin müdafiəsinin həyata keçirilməsi üçün bütün lazımi addımlar atılacaq.

Oxşar xəbərlər