Azərbaycan Rus İcması Zatulinə cavab verdi

Azərbaycan Rus İcması Zatulinə cavab verdi Biz artıq Konstantin Zatulinin Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiyaya inteqrasiya və soydaşlarla əlaqələr üzrə komitənin sədr müavini olmasına baxmayaraq, faktiki olaraq Ermənistanın rəsmi “dirəyi” və Yerevanın Rusiya Dumasının komitəsindəki nümayəndəsi olmasına öyrəşmişik.
“Konstantin Zatulinin qısa yaddaşı var və yaddan çıxarır ki, əsl təcavüzkar Azərbaycana qarşı hərbi əməliyyatlara başlayan, o cümlədən, Xocalı, Ağdam və digər şəhərləri sakinləri – qoca, qadın və uşaqlarla birgə məhv edən Ermənistandır,
Konstantin Zatulin unudur ki, məhz erməni təcavüzkarları bir milyondan çox insanı öz evini tərk etməyə və doğma torpağında qaçqın kimi yaşamağa məcbur etdilər.
İşğal edilmiş torpaqlarda 738 tarixi abidə, 83 500 eksponat, dörd şəkil qalereyası olan 28 muzey, 100 çox arxeoloji abidə, 12 memorial kompleks və 1 891 maddi və mədəni resurslar obyekt erməni tərəfindən məhv edilib. Muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat tapılıb.
20 ildən artıqdır ki, Azərbaycan və ölkə rəhbərliyi Dağlıq Qarabağ ətrafında yaranan vəziyyəti sülh yolu həll etməyə çalışır və yalnız 2016-cı ildə, Azərbaycan ərazisinin davamlı atəşə tutulmasından sonra ölkənin Silahlı Qüvvələri erməni işğalçılarına layiqli cavab verərək, işğal edilmiş ərazinin bir hissəsini azad ediblər.
Azərbaycanın rus əhalisi ölkənin öz ərazi bütövlüyünün bərpa edilməsi haqqını, tarixi ərazilərin müdafiəsini tam dəstəkləyir. Yüzlərlə rus Azərbaycanın Dağlıq Qarabağ ərazisinin erməni işğalçılarından müdafiə edilməsi zamanı həyatlarından keçib. Bir çoxları Milli Qəhrəman adına layiq görülüb, orden və medallarla təltif olunublar.
Azərbaycan əhalisinin öz evlərinə qaytarmaq üçün qaytarmaq üçün nə qədər vaxt lazımdır? Bu suala Konstantin Zatulin cavab verə bilər?
Azərbaycanın səbri tükənə bilər, burada təəccüblü heç nə yoxdur. Və günahkar Ermənistan rəhbərliyi və onun vəkili Konstantin Zatulin olacaq”, – deyə Azərbaycan Rus İcmasının açıqlamasında bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər