
Bunu İran Prezident Aparatının informasiya məsələləri üzrə rəhbər müavini Pərviz İsmaili deyib.
Onun sözlərinə görə, Prezident Həsən Ruhani yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə 2 günlük səfər çərçivəsində sabah Türkiyə paytaxtına gedəcək.
İran və Türkiyənin Strateji Ali Şurasının 5-ci iclası iki ölkə prezidentlərinin rəhbərliyi ilə keçiriləcək.
Səfər çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə sənədlər imzalanacaq.
Tehsil-press.az