
Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeydə E.Kresponun imza günü təşkil edilib.
Muzeyin ziyarətçiləri ondan imza alıb və foto çəkdiriblər. Krespo daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, E.Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.
Tehsil-press.az