Nazirdən yeni təyinat

Nazirdən yeni təyinat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
Nazir Sahil Babayevin əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin aparat rəhbəri vəzifəsinə təyin olunub.
H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsini alıb.
2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib. 2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

Tehsil-press.az



Oxşar xəbərlər