Kazan Universitetinin əməkdaşları Əlyazmalar İnstitutunda qorunan qədim əlyazmalarla tanış olublar

Kazan Universitetinin əməkdaşları Əlyazmalar İnstitutunda qorunan qədim əlyazmalarla tanış olublar Kazan Federativ Universitetinin əməkdaşları Alsu Şaripova və Landış Yuzmuxametova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qonaqlara müəssisənin keçdiyi yol, burada əlyazmaların toplanması, mühafizəsi və bərpası istiqamətində görülən işlər və şöbələrin fəaliyyəti barədə məlumat verib.
P.Kərimov Əlyazmalar İnstitutunun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib. Direktor müavini, həmçinin müstəqillik dövründə müəssisənin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb.
Daha sonra qonaqlar institutun ekspozisiya zalında nümayiş etdirilən qədim əlyazmalarla tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər