
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək səmimi qəbula görə institut rəhbərliyinə minnətdarlığını bldirmişdir. O, institut ilə universitet arasında əməkdaşlıq sənədinin imzalanmasını münasibətlərdə yeni mərhələ kimi dəyərləndirmişdir.
Görüşdə iştirak edən Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov əməkdaşlığın akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağını vurğulamışdır.
Daha sonra çıxış edən institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov memorandumun beynəlxalq layihə və inkişaf proqramlarının həyata keçirilməsində önəmli rol oynayacağını qeyd etmişdir.
Əməkdaşlıq memorandumunu Əlyazmalar İnstitutu adından elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti adından isə Samir Abbasov imzalamışlar.
Sənəddə humanitar sahədə elmi layihələrə dəstək, müştərək konfrans, seminar və simpoziumların təşkili, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri əlyazmaların tədqiqi sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.
BSU-nun Mətbuat Xidməti

