Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin irsi indiyədək tam toplanmamış, əsərlərinin müəyyən qismi hələ də əllərdə qalmışdır. Onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.
Onu da qeyd edək ki, şairin Əlyazmalar İnstitutunda saxlanan əsərləri P.Kərimov və R.Kərimov tərəfindən çap olunmuşdur. Bu əsərləri ətraflı nəzərdən keçirdikdə məlum olur ki, Nadim satirik şair omaqla yanaşı, bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur.
BSU-nun Mətbuat Xidməti