Almaniyada aviareyslər durdu - Tətil var

Almaniyada aviareyslər durdu - Tətil var Almaniyanın Hamburq hava limanında işçilərin tətili ilə əlaqədar 58 reys təxirə salınıb.
Aeroportun yerüstü xidmət əməkdaşları 24 saatlıq tətil keçirir.
Tətil nəticəsində 388 planlaşdırılmış reysin 58-i təxirə salınıb. Gün ərzində bu cür reyslərin artacağı istisna olunmur.
Əməkdaşlar əmək haqlarının artırılmasını tələb edir.
Xatırladaq ki, yanvar ayının ortalarında Almaniyanın bir neçə hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili yüzlərlə reysin təxirə salınmasına səbəb olmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər