Bakı-İstanbul reysi təxirə salındı

Bakı-İstanbul reysi təxirə salındı "Türkiyə Hava Yolları" şirkətinin Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına bu gün səhər saatlarında həyata keçirilməli olan reysi təxirə salınıb.

Tehsil-press.az xəbər verir ki, bu barədə "Report" Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən xəbər verir.
Aeroportdan təxirə salınmaya səbəb kimi sərnişin azlığı göstərilib. Təyyarə bu gün səhər saat 06:10-da Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçmalı idi.
Xatırladaq ki, THY-nin bu gün səhər 03:50-də Bakıya çatmalı olan İstanbul (Sabiha) - Bakı uçuşu da təxirə salınıb.
Aeroportdan bildirilib ki, digər reyslərdə heç bir dəyişiklik yoxdur və qrafik üzrə həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər