ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib

ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.
Universitetin əməkdaşları ömrünün 56 ilini şərəfli müəllim peşəsinə həsr etmiş 85 yaşlı Anna Sokolovanı Novruz bayramı münasibətilə təbrik ediblər.
A.Sokolova doğulduğu və yetkinlik yaşınadək yaşadığı Altıağacda keçirilən Novruz bayramı ilə bağlı xatirələrini bölüşüb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər