Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafatı və "Eyler" medalı ilə təltif olunub

Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafatı və Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafatı və "Eyler" medalı ilə təltif olunub.
Professor Eldar Quliyev bu mükafatlara Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin 2019-cu il 19 fevral tarixli qərarı ilə "Ərzaq təhlükəsizliyinə həsr etdiyi kitaba və ərzaq təhlükəsizliyinə verdiyi töhfələrə görə" layiq görülüb.
Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində qeyd olunan mükafatların təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan diasporunun fəal üzvləri, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin əməkdaşları, tanınmış alimlər iştirak edib. Tədbirin sonunda professor Eldar Quliyev çıxış edərək mərasim iştirakçılarına minnətdarlığını ifadə edib. Alim hazırda Azərbayanda ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlardan, bu sahədə yürüdülən dövlət siyasətindən söz açıb. Ölkə Prezidenti tərəfindən 2017-ci ildə yaradılan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətindən söz açan natiq bildirib ki, "Bu gün ölkəmizdə qida sahəsində aparılan islahat xarakterli tədbirlər Cənab Prezident tərəfindən həyata keçirilən strateji yol xəritələrinin və islahatlar dalğasının növbəti bir mərhələsi və tərkib hissəsidir. Milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi, qida təhlükəsizliyinə nəzarət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi böyük əzm və qətiyyətlə davam etdirilməkdədir".
Qeyd edək ki, dünya iqtisadiyyatının ən aktual sahələrindən biri hesab edilən ərzaq təhlükəsizliyi üzrə monoqrafiyanın və elmi məqalələrin müəllifi professor Eldar Quliyev bu sahədə uzunmüddətli tədqiqatlarla məşğul olan, ingilis dilində yazılmış “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı monoqrafiyanın da müəllifidir.
Sonda Professor Edar Quliyev yuxarıda adı çəkilən kitabın davamı olan, qida təhlükəsizliyinə həsr edilmiş növbəti elmi əsərin əlyazmasını təqdim edib. Kitab 2019-cu ilin sonunda Azərbaycan dilində Azərbaycanda çap olunacaq.
Tədbirdən sonra, günün ikinci yarısında Milli Məclisin deputatı, QDİƏT PM-dəki Milli nümayəndə heyətinin rəhbəri Eldar Quliyev ölkəmizin Almaniya Federativ Respublikasındakı səfiri Ramil Həsənovun iştirakı ilə Almaniya Bundestaqında alman millət vəkilləri ilə işgüzar görüş keçirib. Eldar Quliyev alman həmkarları ilə söhbətdə ölkəmizdə həyata keçirilən son islahatlardan, bu islahatların ölkə iqtisadiyyatına, respublikanın hərtərəfli inkişafına və beynəlxalq nüfuzuna verdiyi töhfələrdən söhbət açıb. Xüsusilə, sahibkarlığa göstərilən dövlət qayğısına toxunaraq bu sahənin daim dövlət tərəfindən dəstəkləndiyini, xüsusi proqramların qəbul olunduğunu vurğulayıb. Söhbət zamanı Eldar Quliyev ölkə Prezidenti Cənab İlham Əliyevin son imzaladığı əfv fərmanına toxunaraq, bu fərmanın 400-dən artıq məhkuma şamil olunduğunu, yüzlərlə insanlara sevinc bəxş etdiyini və humanizim siyasətinin təntənəsi olduğunu bildirib.
Azərbaycanda son illərdə kənd təsərrüfatının, aqrar sahənin inkişafına göstərilən dövlət qayğısından danışan Eldar Quliyev sözügedən sahələrin stimullaşdırılması məqsədilə atılan ardıcıl, proqram xarakterli islahatlara da toxunub.
Görüşdə E.Quliyev Xəzəryanı ərazilərdəki ekoloji vəziyyət barəsində də məlumat verərək Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxardığını da vurğulayıb.
Sonda Eldar Quliyev Almaniya Bundestaqının üzvlərini Azərbaycan Parlamenti adından ölkəmizə dəvət edib.

AKU-nun Mətbuat Xidməti


Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafatı və "Eyler" medalı ilə təltif olunub

Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafatı və "Eyler" medalı ilə təltif olunub

Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafatı və "Eyler" medalı ilə təltif olunub

Oxşar xəbərlər