Azərbaycanlı alim Gürcüstanın Suxişvili Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb

Azərbaycanlı alim Gürcüstanın Suxişvili Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor, Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Gürcüstanın nüfuzlu Suxişvili Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb.
Universitetin prorektoru Ekaterina Suxişvili tehsil-press.az-a bildirib ki, Eldar Quliyev bu ada iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb. O deyib: “Eldar Quliyevin apardığı elmi araşdırmalar Suxişvili Texniki Universitetində böyük maraq doğurub. Eyni zamanda, azərbaycanlı alim elmin və təhsilin inkişafına, universitetlərimiz arasındakı əlaqələrin genişlənməsinə böyük töhfələr verib. Universitet rəhbərliyi onun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib və Elmi Şura Eldar Quliyevə fəxri doktor adının verilməsi barədə qərar qəbul edib”.
E.Suxişvili bildirib ki, E.Quliyevin səyi nəticəsində Azərbaycan Kooperasiya Universiteti ilə Suxişvili Texniki Universiteti arasında müəllim və tələbə mübadiləsi barədə də razılıq əldə olunub.


Azərbaycanlı alim Gürcüstanın Suxişvili Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb

Oxşar xəbərlər