Makron Roma papasını Fransaya dəvət etdi

Makron Roma papasını Fransaya dəvət etdi Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsindəki güclü yanğından sonra Roma papası Fransiski Parisə dəvət edib.
Bu barədə E.Makron özü açıqlama verib. O, Roma papası ilə telefonla danışdığını bildirib:
“Mən onu səfərə dəvət etmişəm və o, uyğun zamanda səfər edəcək”.
Qeyd edək ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Tehsil-press.az



Oxşar xəbərlər