Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutu ilə Azərbaycanın Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İnstitutun direktoru Valeri Kopeyka çıxışında anlaşma memorandumunun iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib. Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu deyən Valeri Kopeyka vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birinin də gənclərin təhsilinin yüksəldilməsi olduğunu bildirən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev deyib ki, iki dövlət arasında təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilməli və təcrübə mübadiləsi aparılmalıdır. Azər Xudiyev Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu qeyd edib. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan səfir istər universitetlərarası, istərsə də orta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Anlaşma memorandumunda təcrübə, müəllim və tələbə mübadiləsi də nəzərdə tutulur. Görüşün sonunda səfir institutun direktoruna “Naxçıvan: Şərqin əfsanəsi” kitabını hədiyyə edib.

Emil Hüseynli