Anastasiya Pojar: Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədədir

Anastasiya Pojar: Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədədir Kiyev şəhərində səfərdə olan Azərbaycan Dillər Universitetinin professor və müəllim heyətinin ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyevlə görüşü olub.
Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti Ukraynanın Kiyev Milli Linqvistik Universiteti ilə ikitərəfli əməkdaşlığı çərçivəsində birgə təhsil proqramları həyata keçirirlər.
Hər bir ölkənin inkişafı onun həyata keçirdiyi təhsil siyasətindən asılı olduğunu qeyd edən səfir A.Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təhsil və elmlə bağlı verdiyi qərarlar ölkəmizdə insan kapitalının artmasına səbəb olub. Bakıda 90-dan çox ölkədən 400-dən artıq nümayəndənin qatıldığı VI Beynəlxalq Humanitar Forumunun keçirildiyini xatırladan səfir Azərbaycanın humanitar dialoq mərkəzinə çevrildiyini vurğulayıb.
Kiyev Milli Linqvistik Universitetinin prorektorunun beynəlxalq əlaqələr üzrə köməkçisi Anastasiya Pojar bildirib ki, Azərbaycan və Ukrayna arasında təhsil sahəsindəki əməkdaşlıq yüksək səviyyədədir, tələbə, müəllim, təcrübə mübadiləsi davamlı olaraq aparılır.
Görüşdə iki ölkə arasında təhsilin müxtəlif sahələrində əməkdaşlığın önəmi vurğulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər