DİM bakalavrlara müraciət edib

DİM bakalavrlara müraciət edib 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.
Həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər