Xalq yazıçısı Çingiz Abdullayev tələbələrə yaradıcılıq uğurlarının sirlərindən danışıb

Xalq yazıçısı Çingiz Abdullayev tələbələrə yaradıcılıq uğurlarının sirlərindən danışıb Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tərbiyə şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
Rektor Kamal Abdulla Çingiz Abdullayevin yaradıcılığını yüksək qiymətləndirib, yazıçının ölkəmizdə gedən proseslərdə də daim əsl ziyalı mövqeyini ortaya qoyduğunu deyib: “Çingiz müəllim öz yaradıcılığı ilə ölkəmizin güclü təbliğatçısına çevrilib. Dünyanın bir çox kitabxanalarını ziyarət etmişəm, hər yerdə Çingiz Abdullayevin kitablarına rast gəlmişəm”.
Çingiz Abdullayev görüşün təşkilatçılarına təşəkkürünü bildirib, oxucularla ünsiyyətdən məmnun olduğunu söyləyib. O, əsərlərinin dünyanın bir sıra ölkələrində sevilə-sevilə oxunduğunu, eləcə də kinossenariçi kimi geniş tamaşaçı auditoriyası qazandığını qeyd edib. Yazıçı ədəbi-ictimai fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, yaradıcılıq uğurlarının sirlərindən danışıb.
Görüş tələbə və müəllimlərin suallarının cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər