Pompeo: ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir

Pompeo: ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir ABŞ regionda İrana qarşı müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir, lakin Vaşinqton Tehranla müharibə etmək istəmir.
Bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.
M.Pompeo qeyd edib: "ABŞ prezidenti [Donald Tramp] bir neçə dəfə [bu variantlar barədə] məlumatlandırılmışdır. Hətta onu davamlı şəkildə məlumatlandıracağıq".
ABŞ-ın İrana qarşı hərbi variantı nəzərdən keçirəcəyinə dair jurnalistin sualına ABŞ Dövlət katibi: "Əlbəttə ki", - deyə cavab verib. Eyni zamanda, M.Pompeo əlavə edib: "Prezident Tramp çox açıq şəkildə vurğulayıb ki, o, müharibəni istəmir".

Tehsil-press.az

Oxşar xəbərlər