İrana qarşı sanksiyalar qüvvəyə mindi - “Ən sərtidir”

İrana qarşı sanksiyalar qüvvəyə mindi - “Ən sərtidir” Amerikanın İrana tətbiq etdiyi sanksiyaların ilk paketi rəsmi olaraq qüvvəyə minib və bu, bütün zamanların ən sərt sanksiyasıdır.
Bu sözləri ABŞ prezindeti Donald Tramp tvitter hesabında yazıb:
“İrana qarşı sanksiyalar rəsmi olaraq tətbiq olundu. Bu, indiyə qədər verilən ən sərt sanksiyadır. Noyabrda daha da gücləndiriləcək”.
Tramp, həmçinin bəyan edib ki, İranla biznes əlaqələri quranlar ABŞ-la bizneslə məşğul olmaq imkanına sahib ola bilməyəcəklər: “Mən bütün dünya üçün ancaq sülh istəyirəm, başqa heç nə”.

Tehsil-press.az

Oxşar xəbərlər