
Əvvəlcə şagirdlər “Kiçik Akademiya”ya həsr etdikləri himni səsləndiriblər. Tədbirdə çıxış edən müəllimlər şagirdlərlə birlikdə apardıqları elmi araşdırmalardan, çöl təcrübələrindən danışıb, Coğrafiya İnstitutunun gənc alimləri ilə birgə müasir texnologiyaların tətbiqi əsasında yeni elmi işlərə imza atmaq arzusunda olduqlarını bildiriblər.
Şuranın sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova gələcəkdə şagirdlərlə birlikdə apara biləcəkləri tədqiqat işlərindən danışıb, institut rəhbərliyi adından məktəb kitabxanasına çoxsaylı kitablar hədiyyə edib.
İnstitutun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zərnurə Həmidova müasir texnologiyaların tətbiqi ilə elmi təhlillər aparmağın yolları, yeni tədqiqat metodları haqqında məlumat verib. Böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Sevinc Məmiyeva ətraf mühitin çirklənməsindən danışıb, şagirdlərə ekologiyanı qorumağın yollarını izah edib, canlı orqanizmlərin varlığı üçün ətraf mühiti təmiz saxlamağın vacibliyini önə çəkib.
Tehsil-press.az