Aİİ-də buraxılış işlərinin müdafiəsi davam edir

Aİİ-də buraxılış işlərinin müdafiəsi davam edir Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsində bakalavrların buraxılış işlərinin müdafiəsi keçirilib.
Buraxılış işlərinin müdafiəsinə 7 nəfərdən ibarət Yekun Dövlət Attestasiya Komissiyası nəzarət edib. BDU-nun Şərqşünaslıq fakültəsinin kafedra müdiri, akademik Vasim Məmmədəliyevin sədirlik etdiyi müdafidə tələbələr buraxılış işlərinin mövzularına uyğun olaraq, komissiya üzvlərini məlumatlandırıblar. Bakalavrlar müəllimlərin suallarını cavablandırıb, opponentlər tərəfindən müsbət rəy alıblar.
Müdafiə prosesində iştirak edən Aİİ rektoru Ceyhun Məmmədov buraxılış işlərini müdafiə edən tələbələrə gələcək fəaliyyətində uğurlar arzulayıb. C.Məmmədov bakalavrların müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib, mövzularla ilə bağlı tövsiyələrini verib. Qeyd edib ki, məzunlarımız onlara göstərilən etimadı gələcək həyatlarında öz fəaliyyəti ilə doğruldacaqlarına, doğma vətənimizin adını daim uca tutacaqlarına və layiqincə təmsil edəcəklərinə, ölkəmizin qüdrətlənməsi naminə çalışacaqlarına, onun hərtərəfli inkişafına öz töhfələrini verəcəklərinə inanırıq.
Akademik Vasim Məmmədəliyev tələbələrə uğurlu buraxılış işi müdafiəsinə görə təbrik edib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Akademik gənclərə ixtisaslarının məsuliyyətini xatırladaraq, onlara bu çətin yolda uğurlar arzulayıb.
İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov çıxış edərək tələbələrə məzun olduqdan sonra əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahı naminə sərf edəcəklərinə ümidvar olduğunu bildirib.
Yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndirilib, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilib.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər